Məhv edilən rus hərbi texnikaları Kiyevdə - FOTOLAR

Ukrayna xalqı müharibənin 18-ci ayında Müstəqillik gününü qeyd etməyə hazırlaşır.

Stopnarkotik.az xəbər verir ki, bu münasibətlə Rusiya ordusunun məhv edilmiş tankları və zirehli texnikaları Kiyevdə nümayiş etdirilir.

Texnikalar şəhərin mərkəzi prospektində ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, avqustun 24-ü Ukraynada müstəqillik günü kimi qeyd olunur.