Lukaşenko Sofiya Sapeqanı əfv edərək, Rusiyaya göndərdi – VİDEO

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində həbs edilən rusiyalı bloger xanım Sofiya Sapeqanı əfv edib.

Stopnarkotik.az xəbər verir ki, bundan əvvəl Sofiya Sapeqanın cəzasını çəkmək üçün Rusiyaya ekstradisiya olunacağı güman edilirdi.

Sofiya Sapeqanın sərbəst buraxıldıqdan sonra Primorsk diyarının nümayəndə heyəti ilə görüşüb. O, "evə qayıtmaq imkanına görə" Aleksandr Lukaşenkoya təşəkkür edib. Vəkil bildirib ki, o, artıq Belarusu tərk edib və atasının yanına Rusiyaya gedib.

Xatırladaq ki, Sofiya Sapeqa Belarusun avtoritar lideri Aleksandr Lukaşenkanın göstərişi ilə Minskə enən təyyarədə müxalifət blogeri, sevgilisi Raman Prataseviçlə birlikdə saxlanmışdı.

Sapeqa “Telegram” kanalını idarə etdiyinə görə “nifrət qızışdırmaqda” ittiham edilirdi. Həmin kanalda ölkədə müxalifət hərəkatına, vətəndaş cəmiyyəti və müstəqil mediaya divan tutmuş təhlükəsiz qüvvələrinin şəxsi datası dərc olunmuşdu.

Nəticədə, 2022-ci ilin mayında Belarus məhkəməsi Sofya Sapeqanı 6 il müddətinə azadlıqdan məhrum etmişdi. Onun sevgilisi, NEXTA Telegram kanalının (2020-ci ildə Belarusdakı etirazları işıqlandıran) keçmiş baş redaktoru Roman Protaseviç isə konstitusiyaya zidd yollarla hakimiyyəti ələ keçirməkdə ittiham olunaraq, 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Sofiya Sapeqa 2022-ci ilin iyununda Aleksandr Lukaşenkonun adına əfv ərizəsi yazmışdı. 2023-cü ilin yanvarında məlum oldu ki, hakimiyyət onun ərizəsini rədd edib. Mart ayında o, Belarusun terror fəaliyyətində iştirak edənlər siyahısına daxil edildi. Vəkilin sözlərinə görə, aprel ayında onun Rusiyaya ekstradisiyası proseduru başlayıb.

Mayın 16-da Aleksandr Lukaşenko onun əfv edilməsi haqqında fərman imzalayıb.

Stopnarkotik.az