Lənkəranda məsciddə axundu bıçaqlayan şəxsdən XƏBƏR VAR

Lənkəranda axundu məsciddə bıçaqlamaqda təqsirləndirilən Çingiz Əlizadə məhkəməyə apellyasiya şikayəti verib.

Onun şikayətinə Şirvan Apellyasiya Məhkəməsində hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İş üzrə məhkəmə hazırlıq iclası iyulun 3-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il rayonun Lüvəsər kənd məscidində baş verib. Kəndin axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev səhər saatlarında sübh namazı zamanı, həmin kəndin sakini Çingiz Əlizadə tərəfindən bıçaqlanıb. Ona çoxsaylı bıçaq zərbələri endirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Çingiz Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.

Ona Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib./olke.az