Lerik Rayon Heydər Əliyev Mərkəzində Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Gələcəyimizi sağlam gənclərlə quraq!" mövzusunda maarifləndirici görüş keçirilib.
Stopnarkotik.az xəbər verir ki, məktəblilərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Lerik RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Müşviq Eyvazov, Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov və digərləri cəmiyyətin sağlam gələcəyi üçün ciddi təhlükə yaradan narkomaniya və erkən nikahların səbəb olduğu fəsadlar və acı nəticələrlə bağlı geniş məlumatlar veriblər.
Stopnarkotik.az