Perunun Narkotiklərlə Mübarizə üzrə Milli Komissiyası 2022-ci ildə koka yarpağı plantasiyalarının sahəsinin 18% artacağını bildirib.
Stopnarkotik.az bu barədə "Larepublica" nəşrinə istinadla xəbər verir.
Təkcə rəsmi məlumatlara görə, Peruda koka plantasiyalarının ümumi sahəsi 95.000 hektarı ötüb və onların üzərində istehsal olunan yarpaqların 90%-i, əlbəttə ki, Latın Amerikasında ən məşhur məhsul olan kokainin istehsalına gedir.
Stopnarkotik.az