Külək güclənəcək, dolu düşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında avqustun 3-ü səhərdən 5-i gündüzədək şimal-qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Stopnarkotik.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra avqustun 3-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 5-i gündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.