Kuliakan şəhərində fentanilə qərq edilmiş narkotik satıcılarının cəsədləri peyda oldu - FOTOLAR

Meksikanın Kuliakan şəhərində, kütləvi şəkildə üstü fentanil tabletləri ilə örtülmüş cəsədlər tapmağa başlayıblar. Stopnarkotik.az bu barədə Meksika KİV-lərinə istinadla bildirir. 

Məlumata görə, İvan Qusmanın əmri ilə Sinaloa ştatında fentanilin istehsalı və yayılması müvəqqəti olaraq qadağan edilib. Bu, son vaxtlar sintetik narkotik alverçilərini ciddi şəkildə hədəfə alan Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) əməliyyatlarını səngitmək üçün edilib.

Bu “cəsədlərin” isə mesajı aydındır – itaət etməyənlərin hamısını bu aqibət gözləyir.

Stopnarkotik.az