“2014-cü ildə Ukraynada dövlət çevrilişi olmasaydı, Rusiya və Krımın yenidən birləşməsi baş verməzdi”
Bunu Rusiya Prezidenti Vladimir Putin İctimai Palatanın yeni tərkibi ilə görüşündə deyib.
Putin qeyd edib ki, əgər Rusiyanın Ukrayna ilə dostluq münasibətləri olsaydı, Krımla bağlı “yaşananlar baş verməzdi, yəni heç kəsin ağlına belə gəlməzdi”.
“Yaxşı, necə? Əgər orada hər şey qaydasında olsaydı və rus xalqına, rus dilinə eləcə də mədəniyyətinə normal münasibət göstərilsəydi, bu dövlət çevrilişləri olmazdı, o zaman Krımda bizim hərəkət etdiyimiz kimi davranmaq Rusiyada kiminsə ağlına gələrdi? Əlbəttə ki, yox. İnsanları bu nasist pisliyindən qorumaq lazım idi” – deyə, o, bildirib.
O, Ukraynanı qardaş ölkə adlandırıb və onun etnik tərkibinin Rusiya ilə oxşar olduğunu qeyd edib. Qeyd edib ki, Sovet dövründə Ukrayna əsasən Rusiya torpaqları hesabına formalaşıb və müasir Rusiya bununla barışıb.
"Ancaq onlar rus dilində olan hər şeyi məhv etməyə başladılar. Bunlar, əlbəttə ki, qəbuledilməzdi. Sonra elan etdilər ki, ruslar bu torpaqlarda yerli millət deyil. Bu da tam qanunsuzdu. Eyni zamanda onlar Qərbin alqış sədaları altında Donbassda rusları məhv etməyə başladılar” – deyə, Putin bildirib.
Putin Rusiyanın öz dəyərlərini, tarixini, mədəniyyətini, dilini Donbassda və Novorossiyada da qoruduğunu əlavə edib./azpolitika.info