Kriminal dəstə hökumətə hədə-qorxu mesajı yolladı - ÖLKƏNİZƏ OD VURACAĞIQ!

“El Mayo” narkokartelinin adamları Qvatemala hökumətinə hədə-qorxu mesajı yollayıblar. 

Stopnarkotik.az xəbər verir ki, bazar ertəsi günü “El Mayo” fraksiyasının döyüşçüləri Çiapas sərhədi yaxınlığındakı Qvatemalaya daxil olub və altı kəndə hücum ediblər. Hədəflər CJNG narkokartelini dəstəkləyən Qvatemalalı narkotik tacirləri Los Huistos, eləcə də Qvatemala ordusunun müəyyən bölmələri olub.

Hücumlarda yerli narkotik taciri El Monçis də daxil olmaqla dörd nəfər həlak olub. Bir neçə hərbçi yaralanıb.

Hücum yerlərində mesajlar qoyulub və onlardan birində deyilir:

"Qvatemala hökuməti, Antonio Martinez və Bladimir Lopez Orantesi qorumağı dayandırın, yoxsa ölkənizə od vuracağıq. Biz onların ardınca gələcəyik.

Hörmətlə, Sinaloa Karteli".

Stopnarkotik.az