Meksikanın şimalındakı Sonora ştatında bir klubda törədilən yanğın nəticəsində 11 nəfər həlak olub, xəsarət alanlar var.
Bu barədə Sonora Prokurorluğu məlumat yayıb.
Hadisə zamanı yaralanan 4 nəfər hazırda yerli xəstəxanadadır.
Sonora Ştat Prokurorluğu barı qəsdən yandıran şəxsin müəyyən edilərək tutulması istiqamətində araşdırmalar aparır.
İlkin məlumata görə, həddindən artıq sərxoş vəziyyətdə olan şəxs müəssisənin qapısına yanar əşya atıb.