Keçmiş deputat kokain işi üzrə axtarışa verildi

Ermənistan parlamentinin keçmiş deputatı Miqran Poqosyan kokain işi üzrə axtarışa verilib. Stopnarkotik.az bildirir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti xəbər verir. 
Müstəntiqlərin fikrincə, bir vaxtlar Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinə rəhbərlik etmiş Poqosyan xüsusilə böyük həcmdə narkotiklərin qaçaqmalçılığında və satışında şübhəli bilinir.
Onunla birlikdə daha iki təqsirləndirilən şəxsin də adı hallanır, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Stopnarkotik.az