Hərbi Prokurorluqda yeni təyinat olub.
Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Kənan Revazi oğlu Məhərrəmov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəis müavini təyin edilib.