Kaliforniya Baş Prokurorluğunun ofisi kannabislə bağlı işlərdə açılan cinayət işlərinin 90%-nin bağlandığını bildirib.
Stopnarkotik.az xarici KİV-lərə istinadla bildirir ki, iddialara görə, seçicilər sevinirlər və indi marixuananın təkcə ixtisaslaşdırılmış mağazalarda deyil, hər məhəllədə pərakəndə satışını tələb edirlər. Bəli, adi kafelərdə çətənə satışına icazə verən qanun layihəsi artıq yerli Senat tərəfindən qəbul edilib və təsdiqlənib.
Həmçinin, Kaliforniyada çətənə biznesinin lisenziyalaşdırılmasını dəstəkləmək üçün dövlət büdcəsindən dörd milyon dollardan çox vəsait ayrılıb.
Növbəti sırada psixodeliklərin əldə edilməsi və saxlanılması üçün sadələşdirilmiş mexanizm dayanır. Və təbii ki, çətənə bazarını ştatdan kənarda genişləndirmək.
Stopnarkotik.az