Ukraynanın müvəqqəti işğal olunmuş Enerqodar (Zaporojye vilayəti) şəhərində Rusiya Qvardiyasının “Axmat-1” diviziyasının improvizə edilmiş “kazarma”sı partladılıb.
Nəticədə Rusiya hərbçilərinin şəxsi heyəti zərər çəkib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat verib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən koordinasiya edilən yerli müqavimət hərəkatının əməliyyatı nəticəsində “Axmat-1” OMON-un “Rosqvardiya” bölməsinin hazırkı “kazarma”sı “ziyan görüb”.
Qeyd olunub ki, şəhərin işğalından sonra “Kadırovçu”lar əvvəllər Ukrayna banklarından birinin yerli filialının yerləşdiyi Stroiteli küçəsindəki binanı zəbt edib və binadan öz ehtiyacları üçün istifadə etməyə başlayıblar. Məhz həmin ünvanda partlayış baş verib. Nəticədə işğalçıların şəxsi heyəti və həyətdə dayanmış avtomobillər zərər çəkib.
“Binada yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili yardım maşınları gəlib. “Kadırovçu”lardan ölən və yaralananların sayı barədə məlumatlar dəqiqləşdirilir”, - deyə Baş Kəşfiyyat İdarəsindən bildirilib.
Həmçinin kəşfiyyatdan verilən məlumata görə, mülki əhali arasında ölən və yaralananlar olmayıb.
Mənbə: RBC-Ukrayna