Rusiyada “dövlətə xəyanət” ittihamları ilə növbəti saxlanılma baş verib.
Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, aprelin 9-da Çita şəhərində keçmiş jurnalist həbs olunub. Rusiya agentliklərinin yaydığı xəbərlərdə bildirilir ki, saxlanılan şəxs vaxtilə “Radio Free Europe” ilə əməkdaşlıq edən ştatdankənar müxbir olub. Onun adı rəsmi açıqlamada göstərilməyib və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi iddia edir ki, 1960-cı il təvəllüdlü Çita sakini “dövlətə xəyanət” fəaliyyətində iştirak edib. Xüsusi xidmət orqanının versiyasına görə, o, Ukraynanın xüsusi xidməti – Ukrayna Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edib və “Telegram” vasitəsilə “yardım məqsədilə” müəyyən məlumatlar ötürüb. İddialara əsasən, ötürülən məlumatlar sonradan kiberhücumların hədəfinə çevrilən obyektlərlə bağlı olub. Söhbətin, o cümlədən, “xüsusi hərbi əməliyyatın gedişini” işıqlandıran yerli nəşrdən və regionun kritik infrastruktur obyektlərindən getdiyi bildirilir.
FSB həmçinin saxlanılan şəxsin evində axtarış aparıldığını və guya “Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyəti ifşa edən” texniki vasitələrin götürüldüyünü açıqlayıb. Faktla bağlı cinayət işi açılıb.
Bildirilir ki, axtarış aparılan digər şəxslərdən biri keçmiş məmur, müxalif siyasətçi Dmitri Plyuxin ola bilər. O, vaxtilə hüquq müdafiəçisi kimi tanınıb və 2012-ci ildə “Vahid Rusiya” namizədinə qalib gələrək Mogoça rayonunun rəhbəri seçilib.
Xatırladaq ki, adı hallanan “Qərb Seçimi” partiyası 2012-ci ildə müxalif siyasətçilər Konstantin Borovoy və Valeriya Novodvorskaya tərəfindən yaradılıb, 2013-cü ildə qeydiyyatdan keçsə də, bir il sonra fəaliyyəti dayandırılıb./azpolitika.info