İyun ayında Azərbaycanda çalışanları uzun istirahət günləri gözləyir. Təqvimə əsasən, ay ərzində ümumilikdə 10 gün qeyri-iş günü olacaq.
Stopnarkotik.az xəbər verir ki, qeyri-iş günlərinin ikisi rəsmi bayramlarla əlaqədardır. Belə ki, 15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü ölkədə qeyri-iş günü hesab olunur.
Bundan başqa, iyun ayında səkkiz gün şənbə və bazar günlərinə təsadüf edir. Bunlar 6, 7, 13, 14, 20, 21, 27 və 28 iyun tarixləridir.
Beləliklə, beşgünlük iş rejimində çalışan şəxslər üçün iyun ayında ümumilikdə 10 gün istirahət günü olacaq.
Qeyd edək ki, rəsmi qeyri-iş günləri ilə əlaqədar bəzi sahələrdə iş qrafikində dəyişikliklər də tətbiq oluna bilər.