30 Sep, 2024 - 09:58 İtkin düşmüş kimi axtarışda olan 17 nəfər tapıldı Sentyabrın 28-də və 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 17 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.