İsrail Müdafiə Ordusu HƏMAS-ın komandirlərindən biri olan İbrahim Əbu Məqsibi zərərsizləşdirib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, o, HƏMAS-ın tank əleyhinə raket bölməsinin komandiri olub.
Xatırladaq ki, noyabrın 6-da HƏMAS-ın daha 2 rəhbər şəxsi zərərsizləşdirilmişdi. Onlar qruplaşmanın xüsusi təhlükəsizlik əməliyyatlarına cavabdeh Camal Musa və Deyr əl-Bəlah batalyonunun adı açıqlanmayan komandiri olub.
HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib və qələbə qazanacaqlarını söyləyib.