İsmayıllıda 35 yaşlı kişi canına qıydı

İsmayıllı rayonunda intihar hadisəsi olub.

Stopnarkotik.az xəbər verir ki, rayonun Gürcivan kənd sakini, 1988-ci il təvəllüdlü Sakit İsmayılov bu gün səhər saat 8:00 radələrində yaşadığı evdə özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Onun özünə qəsd etməsinin səbəbi hələ ki bilinmir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.