İRƏVANDA QALMAQAL - Paşinyana satqın deyən şəxs saxlanıldı, sakinlər etiraza qalxdı

Ermənistanda baş naziri Nikol Paşinyanın ünvanına “Satqın Nikol” deyən Akob Berberyan İrəvan şəhərinin Kentron polis idarəsinə aparılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan feysbukdakı səhifəsində yazıb.

“Akop Berberyanın səhifəsində onun baş nazirin ünvanına “Nikol satqındır” qışqırdığı, sonra kimsə ona “yaxınlaşdığı”nı (ehtimal ki, polis və ya mühafizəçi) əks etdirən video var, bundan sonra Aakobla əlaqə kəsilib. Yəqin ki, o, həbs olunub.

Hazırda Akobdan heç bir xəbər yoxdur”, - o qeyd edub.

Qeyd edilir ki, parlamentin deputatları Kristine Vardanyan və Asram Krpeyan polis idarəsinə müraciət ediblər.

Eyni zamanda qeyd edilir ki, vətəndaşlar Baş Polis İdarəsinin yaxınlığında toplaşır.

Stopnarkotik.az