İraqın Nəcəf şəhərində İrandan olan zəvvarların qaldığı oteldə yanğın nəticəsində çoxlu sayda insan yaralanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə İRNA dövlət agentliyi məlumat yayıb.
Bildirilib ki, Nəcəf Əşrəfdə şəhərin köhnə hissəsindəki 6 mərtəbəli oteldə yanğın olub. Məlumata görə, hadisə nəticəsində bir neçəsi İran vətəndaşı olmaqla onlarla insan yaralanıb.
Hadisənin səbəbi məlum deyil.
Qeyd edək ki, Məhərrəmlik ayında Kərbəla və Nəcəf şəhərlərinə çoxlu sayda iranlı zəvvar səfər edir.
İmam Əli bu şəhərdə dəfn olunub.