Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Yerevan Şəhər Şöbəsinə daxil olmuş əməliyyat məlumatları çərçivəsində həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində İran İslam Respublikasından Ermənistan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsi faktı müəyyən edilib və qarşısı alınıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Ermənistan vətəndaşları H.X və A.X, şəxsiyyəti hələlik dəqiqləşdirilməmiş İran İslam Respublikasının vətəndaşı ilə birlikdə qabaqcadan razılaşaraq, bir-birinin hərəkətlərini tamamlayaraq, İran İslam Respublikasından Ermənistan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş xüsusilə külli miqdarda narkotik vasitəni Yeqnadzor dövlətlərarası avtomobil yolunda gizlədilən yerdən İrəvana gətirməyə cəhd göstəriblər.
Hadisə ilə bağlı ER İstintaq Komitəsinin Ararat Regional İstintaq İdarəsi tərəfindən ER Cinayət Məcəlləsinin 393-cü maddəsinin 3-cü hissəsinin 2-ci bəndi, 396-cı maddəsinin 3-cü hissəsi, 399-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndi ilə cinayət işi başlanıb. K və A.K saxlanılıb. İstintaq davam edir.