İranda 9 əcnəbi silahlı şəxslərin hücumunun qurbanı olub.
Bu barədə “Mehr” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Faciənin Sirkan şəhərində baş verdiyi bildirilir. Jurnalistlərin sözlərinə görə, hazırda başqa ölkələrin vətəndaşlarına kimin konkret hücum etdiyi məlum deyil.
“İranın cənub-şərqində silahlı hücum nəticəsində 9 əcnəbi vətəndaş həlak olub”, - agentliyin məlumatında deyilir.
Hadisənin digər təfərrüatları açıqlanmır.