İranın cənub-qərbində baş verən silahlı qarşıdurmada iki polis əməkdaşı ölüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumatlı mənbəyinə istinadən məlumat yayıb.
“İki polis zabiti - kiçik leytenant Salman Qəribi və baş leytenant Əli Qolami İze şəhərinin mərkəzindəki Biş Şirin kəndində baş verən silahlı qarşıdurma zamanı ölüblər”, - məlumatda deyilir.
Qeyd olunur ki, münaqişə polislə silahlı quldurlar arasında baş verib.