İranda məhkəmə hakimi qətlə yetirilib.
Stopnarkotik.az "Mouze" teleqram kanalına istinadla bildirir ki, hadisə Tehranda baş verib. Şəhər məhkəməsinin hakimi Xosrov Kərimzadə yaşadığı evdə öldürülüb.
Onun İrandakı etiraz aksiyalarında tutulanlara ağır cəzalar verdiyi bildirilir.