İranda yeni edam hökmləri icra olunub.
Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatına istinadla xəbər verib.
Bildirilir ki, Qəzvin, Kerman və Kəhnuc şəhərlərinin həbsxanalarında beş nəfər dar ağacından asılıb. Onlar narkotik cinayətləri və qəsdən adam öldürməkdə təqsirli biliniblər.
Qeyd edək ki, İranda cari ilin yeddi ayı ərzində 423 nəfər edam olunub.