İranın Kirmanşah vilayətinin Pavə şəhərində baş verən atışmada İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki hərbçisi həlak olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə SEPAH-ın məlumatında bildirilib.
Qeyd olunub ki, gecə saatlarında həyata keçirilən hücumda iki hərbçi ölüb, daha iki nəfər isə yaralanıb. Korpus atışmanı terror hücumu kimi dəyərləndirib.