İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində baş vermiş qum fırtınası nəticəsində bir gündə azı 253 nəfər zərər çəkib.
Bu barədə əyalətin Böhran İdarəetməsi Departamentinin baş direktoru Məcid Mohebi bildirib.
“Bu gün saat 06:00-dan etibarən əyalətin tibb məntəqələrinə 253 nəfər müraciət edib. Onlardan azı 8 nəfəri mütəxəssislərin nəzarəti altında qalmalı olub”, - o deyib.
M.Mohebi, həmçinin xəbərdarlıq edib ki, meteoroloji şəraitlə əlaqədar açıq havada sərf edilən vaxtı minimuma endirmək və yolda diqqətli olmaq tövsiyə olunur.