İran yük gəmisi Mahaçqala yaxınlığında qəzaya uğradı

Mahaçqala yaxınlığında quru yük gəmisi qəzaya uğrayıb. Stopnarkotik.az bu barədə SHOT teleqram kanalına istinadla xəbər verir.

Məlumata görə, İran tankeri “Caspian Shiva” Mahaçqala ticarət limanından səkkiz kilometr aralıda quruya çırpılıb. Hazırda iki metr hündürlüyündəki dalğalar səbəbindən anbara daxil olan su ilə dolur.

Onun köməyinə iki yedək gəmisi göndərilib. İlkin məlumatlara görə, heyət üzvlərindən heç biri xəsarət almayıb. 

Stopnarkotik.az