Adını “İslam dövləti” qoyan İranın qonşu, müsəlman Azərbaycana qarşı açıq düşmən və ermənipərəst siyasəti hər addım başı özünü göstərməkdə davam edir.
Stopnarkotik.az azpolitika.info-ya istinadən xəbər verir ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani erməni mətbuatına açıqlamasında növbəti dəfə ölkəsinin “ermənidən betər ermənilik etməyə” hazır olduğunu bəyan edib.
Erməni jurnalistləri səfirdən “Azərbaycanın güc yolu ilə Zəngəzur dəhlizini açmağa cəhd edəcəyi təqdirdə” İranın nə edəcəyini, Ermənistana necə yardım göstərəcəyini soruşub. Sobhani cavabında bildirib ki, İran Ermənistanın sərhədlərinin dəyişdirilməsinin qəti əleyhinədir, onun ərazi bütövlüyünü dəstəkləyir və “bunun təmin olunması üçün addımlar atır”.
“İran bu halda hansı konkret addımlar atacaq” sualına isə Sobhani özündən razı şəkildə belə cavab verib: “Güc yolu ilə heç nə dəyişməyəcək. Mən deyəndə ki, İran Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcək, hər şey aydın olur”.
İran səfiri bununla da həddini aşaraq onun təmsil etdiyi “İslam dövləti”nin Ermənistan tərəfində Azərbaycana qarşı müharibəyə qoşulmağa hazır olduğuna işarə vurub.
Səfirinin bu açıqlaması növbəti dəfə Azərbaycanda dini məzhəbçiliyin, narkomaniyanın yayılmasından tutmuş açıq terrora qədər hər cür çirkin əməllərə əl atan İranın fars rejiminin müsəlman məscidlərini təhqir edən, on minlərlə müsəlmanı qətl edən Ermənistanla birgə Azərbaycana qarşı döyüşəcək qədər rəzil və iblis mahiyyətə malik olduğunu təsdiqləyib.