İran ölkəni Avropa ilə birləşdirən dəmir yolu xətti açır. Stopnarkotik.az xəbər verir ki, İran prezidenti Rəisinin Güney Azərbaycanın mədəni və tarixi mərkəzi olan Təbriz şəhərinə səfəri zamanı Miyana-Təbriz dəmir yolunun ikinci mərhələsi istifadəyə verilib.
Miyanə-Bostanabad-Təbriz dəmir yolu layihəsi ilk dəfə olaraq İranın dəmir yolu nəqliyyatını Avropa ilə birləşdirir. Dəmir yolu İrandan Azərbaycan Respublikasına, Ermənistana və Türkiyəyə malların ixracını artırmaq üçün İranın dəmir yolu şəbəkəsini Naxçıvan (Azərbaycan), İrəvan və Tiflis dəmir yolları ilə Culfa vasitəsilə birləşdirir.
Stopnarkotik.az