Bir neçə dəqiqə əvvəl İrandan atılan raket Naxçıvan aeroportuna düşüb. Stopnarkotik.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, təxminən 20 dəqiqə əvvəl İran istiqamətindən atılan raket Naxçıvan aeroportuna düşdüyündən, hazırda ətraf ərazidə bütün yollar bağlanılıb. O cümlədən, ucuşların da dayandırıldığı qeyd olunur.
Məlumat üçün bildirək ki, qeyd olunan faktla bağlı hələ heç bir rəsmi informasiya yoxdur.
*** 11:56
Əldə etdiyimiz son məlumata görə, İran tərəfindən Naxçıvana 3 raket atılıb.
Raketlərdən ikisi aeroport ərazisinə biri isə yaxınlıqdakı məktəbə düşüb. Hazırda ölən və xəsarət alanlarla bağlı heç bir məlumat yoxdur.
Əlavə məlumat verəcəyik.