İranda "Kaptaqon" adlı psixotrop həblərin istifadəsi kəskin artıb. Stopnarkotik.az bildirir ki, bu barədə Narkotiklərlə Mübarizə Polis İdarəsinin keçmiş rəisi Məhəmməd Məsud Zahidian açıqlama verib.
İrandan olan mənbələr bildiriblər ki, etiraz aksiyalarını yatırmaq üçün göndərilən məmurlara qəddarlaşmaları və daha da aqressivləşmələri üçün “Kaptaqon” həbləri verilir.
Bundan əvvəl etiraz aksiyalarında insanlara qarşı qəddar münasibətləri ilə seçilən məmurların qeyri-adi hərəkətləri onların xüsusi narkotiklərdən istifadəsi barədə məlumatların yayılmasına səbəb olub.
Stopnarkotik.az