İran hücuma hazırlaşır: güclü silahlı birləşmə toplayıb - Kəşfiyyat

İran Yaxın Şərqdən Suriya və İsraildə ABŞ qüvvələrinə zərbələr endirməyə hazırlaşan 1000 döyüşçüdən ibarət qüvvə toplayıb. 

Ölkə.Az xəbər verir ki, bu barədə “Newsweek” ABŞ ilə müttəfiq olan bir ölkənin kəşfiyyat departamentinin əməkdaşına istinadən yazır.

"İmam Hossein" adlanan bölmənin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Sepah-e-Qods" xüsusi bölməsi ilə əlaqəli olduğu bildirilir: “Bu diviziya Suriyada güclü və etibarlı potensiala malik ən elit "Sepah-e-Qods" döyüşçü qüvvəsidir”.

"İmam Hossein" birliyi 2020-ci ildə İraqda amerikalılar tərəfindən məhv edilən "Sepah-e-Qods"un keçmiş komandiri Qasim Süleymaninin rəhbərliyi altında 2016-cı ildə yaradılıb. Diviziyanın yaranmasında Livanın hərbi-siyasi təşkilatı “Hizbullah”ın da həlledici rol oynadığı vurğulanır. Nəşr qeyd edir ki, “bu, “Hizbullah 2.0”dır.

Kəşfiyyat rəsmisi “Suriya Hizbullahı” kimi tanınan "İmam Hossein" bölməsini Suriyada İranla əlaqəli bütün fəaliyyətlərin koordinasiya edildiyi “çətir” adlandırıb. Suriya ordusunun 4-cü diviziyası tərəfindən maliyyələşdirilir və maddi-texniki dəstəklənir, diviziyanın rəhbərliyi və qüvvələrinin əksəriyyəti ələvilərdir (Suriya prezidenti Əsəd ələvidir).

Ələvilər Suriya, Türkiyə, Albaniya və Bolqarıstanda dini hərəkatın nümayəndələridir. Dini nöqteyi-nəzərdən bu hərəkat İslamın şiə qoluna doğru cərəyan edir. Suriya prezidenti Bəşəd Əsəd də ələvidir.