Bir müddət öncə “Əli Ədaləti” adlı haker qrupu tərəfindən İran parlamentinin elektron sisteminin sındırılmasından sonra əldə edilən məxfi sənədlər bəzi məlumatları ortaya çıxarıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.
Sənədlər göstərib ki, Tehran iqtisadi basqılara, daha çox sanksiyalara və SEPAH-ın Qərb ölkələri tərəfindən terror təşkilatları siyahısına salınmasına hazırlaşır.
Məlumata görə, 2023-cü il dekabrın 2-də İran parlamentinin Nəzarət və İdarəetmə Hesabatı adlı sənədində bununla bağlı yazılıb.
“İndi SEPAH-ın adının terror təşkilatları siyahısına salınması müzakirə edilir. ABŞ beynəlxalq səviyyədə Qərb ölkələrinin razılığı ilə bu addımı həyata keçirməyə çalışır”, - deyə sənəddə qeyd edilib.