İnterpolun qırmızı bülleteni ilə axtarılan Polşalı narkobaron ələ keçdi-FOTO

Ekvador polisi ölkənin Santa Yelena əyalətində “Varşava” narkoəməliyyatı zamanı 48 yaşlı Polşa-Ekvador vətəndaşı Tomaş Yakimieçin tutulduğunu bildirib.

Stopnarkotik.az xəbər verir ki, Yakimieç narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlarla İnterpolun Qırmızı Bülleteni ilə axtarılan şəxslərdən biri olub.

Ölkənin DİN naziri Con Reimberqin sözlərinə görə, saxlanılan şəxs xüsusi əhəmyyətli hədəf və beynəlxalq kartellərlə əlbir Ekvadorda fəaliyyət göstərən, Avropaya narkotik daşınmasıyla məşğul olan mafiyalar  arasında koordinasiyanı təmin edən zəncir hesab olunur. Əməliyyat zamanı iki odlu silah da müsadirə edilib və şübhəli məhkəmə orqanlarına təhvil verilib. 

Stopnarkotik.az