“Narkotikə görə həyat yoldaşım məni tərk etdi”
“Xarici ölkədə dil bilmədiyim üçün mağazadan çörək ala bilmirdim, amma gedib narkotik tapa bilirdim”
Müsahibimiz Ülvinin 28 yaşı var. Sumqayıtda doğulsa da, Bakıda böyüyüb. 11 il asılılıqdan əziyyət çəkib. 5 il akoqol, 6 il narkotik asılısı olub. Son 2 ildə daha ağır narkotiklərdən istifadə edib. Deyir ki, əvvəllər narkotik istifadə edənlər barmaqla sayılırdısa, indi narkotik istifadə etməyənlər barmaqla sayılır.
“Həyat Naminə” Reabilistasiya Mərkəzində asılılıqdan xilas olmağa çalışan Ülvi Stopnarkotik.az saytının əməkdaşına özünün həyat hekayəsini danışıb. Buyurun, izləyin və verilişimizi paylaşmağı, kanalımızı bəyənməyi unutmayın.
Müsahibədən sitatlar:
“6 il narkotik istifadə etdiyimi kimsə bilmədi...”
“Əslində narkomanı cəmiyyətin özü yaradır...”
“Bir yerdən sonra ana belə, narkotik istifadə edən övladına ölüm arzulayır”
Stopnarkotik.az