İmişlidə ticarət obyektindəki yanğın söndürüldü - VİDEO / YENİLƏNİB

İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən ticarət obyektində baş vermiş yanğın söndürülüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın Xidmətin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

İlkin məlumata görə, bir dam altında yerləşən və ümumi sahəsi 250 kvadratmetr olan 8 obyekt yanğından zərər görüb.

İmişli Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanğınla əlaqədar xəstəxanaya müraciət daxil olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***13:24

İmişlidə ticarət obyektində yanğın baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində vətəndaşlara məxsus ticarət obyektlərinin sırasında qeydə alınıb.

Bir obyektdə başlayan alov digər bir neçə obyektə keçib.

Yanğının söndürülməsinə FHN-nin qüvvələri cəlb olunub.