İcra Hakimiyyətindən birinci müavinin həbsi barədə AÇIQLAMA

İnternet resrslarında Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xudaverdiyev Qalib Firudin oğlu Baş Prokurorluq Yanında Korupsiya Qarşı Mübarizə baş İdarəsi tərəfindən saxlanılması barədə məlumat yayılıb.

Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti bu xəbərə münasibət bildirib.

Məlumatda qeyd edilib ki, 31 iyul 2023-cü il tarixdə Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirilib və Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayon icra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Sahil Qənbərli həbs edilib.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Xudaverdiyev Qalib Firudin oğlu isə saxlanılmayıb.