İcra başçısı təyin edilən Ovni Muradov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Stopnarkotik.az yeni icra başçısının bioqrafiyasını təqdim edir.

Ovni Muradov buna qədər Naxçıvan MR-in təhsil nazirinin müavini olub.

Bundan öncə isə Naxçıvan Muxtar Respublikasının Babək Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Ovni Muradov əvvəllər Babək Rayon Təhsil Şöbəsinin müdiri olub.

İxtisasca tarixçi olan Ovni Muradov həm də, keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırkı Dövlət İmtahan Mərkəzi) məktəblilər üçün Tarix testlər toplusunun müəlliflərindən biridir.