Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən zavodunda baş verən partlayışla bağlı cinayət işi açılıb.
Bu barədə Stopnarkotik.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədovun ölməsi, 1978-ci il təvəllüdlü Səbinə Şəkərovanın isə xəsarətlər alması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.