Hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - QANUN NƏ DEYİR? / VİDEO

Azərbaycanda bəzi şəxslər xidmətə çağırıldıqda onun işinə xitam verilirsə, ona əlavə müavinət veriləcək.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ "Diplomatik xidmət haqqında" Qanunda əksini tapıb.

Qeyd olunub ki, diplomatik xidmətə "müddətli həqiqi hərbi xidmət və ya alternativ xidmətə çağırıldıqda" maddəsi ilə xitam verildikdə diplomatik xidmət əməkdaşına ortaaylıq dövlət məvacibinin üç misli miqdarında müavinət ödəniləcək.

Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.