Hollandiya hökuməti uşaqların narkotiklərə qarşı maarifləndirilməsi üçün narkotiklər və cinayətlərə meyli pisləyən müxtəlif oyunlar və ifşaedici maarifləndirmə kampaniyaları aparır. Stopnarkotik.az bu barədə xarici KİV-lərə istinadla bildirir. Oyunda büdrəyən inək və tutuquşu təsvir olunur: oyun erkən uşaqlıq dövründə narkotikdən istifadəyə qarşı antipatiya yaratmaq üçün hazırlanıb.
Hollandiya hökumətinin fikrincə, profilaktikaya gənc yaşdan başlamaq faydalıdır, çünki getdikcə daha çox gənclər çox erkən yaşda narkotiklərə bağlı cinayətlərə və şuluq əməllərə cəlb olunurlar. 2023-cü ilin birinci yarısında Rotterdam limanında 200-dən çox narkotik çatdıran şəxs həbs edilib. Onların 63%-i 23 yaşdan aşağı olanlardır. 2022-ci ildə bu göstərici 45% idi. Real yetkinlik yaşına çatmayanlar təxminən 15% təşkil edir. Əgər başqa illərdə narkotik çatdıranların əksəriyyəti 23-28 yaş arasında idisə, indi onlar çox vaxt 18-22 yaş arasında olurlar.
Stopnarkotik.az