Həmyerlilərinin mağazalarını qarət edən azərbaycanlı saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılara məxsus mağazalardan bahalı spirtli içkilər oğurlanıb.

Stopnarkotik.az lent.az-a istinadən bildirir ki, oğurluq edənlər də azərbaycanlı bir qrupdur. Məlumata görə, oğurlanan içkilərin dəyəri 25 min rubldur (təxminən 460 manat).

Bildirilir ki, oğurluq halları ilə bağlı 100-dən çox epizod var.

Keçirilən tədbirlər nəticəsində oğurlanmış əmlakın satıldığı yerlər müəyyən edilib. Məlum olub ki, onlar azərbaycanlılara məxsus 24 saat fəaliyyət göstərən ərzaq mağazalarıdır.

Hazırda şəxsiyyəti məlum olmayan şəxslərə qarşı 10-dan çox cinayət işi başlanıb. Təqsirləndirilən şəxslər təqsirlərini etiraf etmir və əməllərindən peşman deyillər. Dəfələrlə oğurluğa görə saxlanılan və müvafiq qərarlar çıxarılmadan azadlığa buraxılan əsas təqsirləndirilən şəxs mağazaların birində çalışan işçilərə bədən xəsarəti yetirməklə quldurluq edib. Oğurluqdan sonra dərhal Azərbaycana uçmaq üçün bilet alıb. O, Bakıya uçmaq istəyərkən Moskva hava limanında saxlanılıb.

Şahid qismində keçən və azadlıqda qalan digər müttəhimlərdən fərqli olaraq, bu cinayətkar saxlanılıb və artıq həbs olunub.