Hindistandan Ermənistana İran yolu ilə silah-sursat daşınır.
Bu barədə Caliber.az saytı hadisəni əks etditən videogörüntülər paylaşıb.
Videoda Nurduz (İran) sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil kolonnasının hərəkəti qeydə alınıb.
"İrandan Ermənistana daşınan yükün hərbi məqsəd daşıdığı aydındır. Məlumata görə, yük İranın Bəndər Abbas limanına çatdırılıb. Və burada nüanslar ortaya çıxır. Təchizatçı kimdir? Silah göndərən tərəf Ermənistanın son vaxtlar hərbi-texniki əməkdaşlığını sürətlə artırdığı Hindistandır", - KİV qeyd edib.
Xatırladaq ki, Ermənistan və Hindistan 400 milyon dollardan artıq hərbi müqavilə imzalayıblar.