Həbsxanadan dəhşətverici görüntülər – FOTOLAR

El Salvadorda bir müddət əvvəl tikilmiş nəhəng həbsxananın içindən yeni görüntülər yayılıb. Hökumətin dərc etdiyi görüntülərdə ölkənin ən təhlükəli cinayətkar təşkilatlarının üzvləri də var.

El Salvador hökuməti 40 minə yaxın məhbusun qaldığı Tekolukada “Terrorla Mübarizə Mərkəzi” kimi tanınan həbsxananın yeni fotolarını dərc edib. Bildirilib ki, çox ciddi təhlükəsizlik tədbirləri ilə mühafizə olunan həbsxanada uzun müddətdir ki, on minlərlə məhbus qalır.

Hakimiyyət bu müəssisəyə ölkənin müxtəlif həbsxanalarından 2000 cinayət təşkilatı və mafiya üzvünün gətirildiyini açıqlayıb. Bildirilib ki, ölkənin ən təhlükəli dəstələrindən olan MS-13 və Barrio 18-in çoxlu üzvləri burada saxlanılır.

Terrorla və narkotiklərlə mübarizə çərçivəsində iki il əvvəl ölkə lideri Nayib Bukele tərəfindən açılan mərkəzdə məhkumlara düyü, makaron və ya qaynadılmış yumurta verildiyi bildirilib.Məhkumlara çəngəl, bıçaq və qaşıq verilmədiyi bildirilərkən, saxlanılan şəxslərin çox təhlükəli olduğu və onlardan silah kimi istifadə edərək üsyana başlaya biləcəkləri də qeyd edilib.

İnsan haqları təşkilatları Bukelenin iki il əvvəl açdığı həbsxanada hökm sürən vəziyyətə  etiraz edirlər. İnsan haqları təşkilatı Cristosal təkcə bu il 174 məhbusun işgəncələrə məruz qalaraq öldürüldüyünü açıqlayıb. Salvador hökuməti isə məhbusların şəraitinin yaxşı olduğunu və insan hüquqlarının nəzərə alındığını açıqlayıb.

Qeyd edək ki, həbsxanaya girən məhbusların bir daha azadlığa çıxa bilməyəcəyi də vurğulanıb./Yenisabah.az