Hacıqabulda mikroavtobus aşdı: YARALILAR VAR

Bu gün səhər saatlarında Sabirabad rayon sakini Ələsgər Ələsgərli idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsilə Hacıqabul rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə mikroavtobus aşıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, hadisə nəticəsində iki nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Araşdırmalar aparılır.