Narkotik əməliyyatlarl çərçivəsində saxlanılan Mehmet Akif Ersoy "Habertürk TV" -nin baş redaktoru vəzifəsindən uzaqlaşdırılıb.
Stopnarkotik.az xəbər verir ki, 2025-ci ilin sentyabr ayında Küçükçekmece Baş Prokurorluğu "Can Holdinq" ə qarşı əməliyyat başladaraq "Habertürk" , "Show TV" , Doğa Kollecləri və Bilgi Universiteti də daxil olmaqla 121 şirkətin əmlakına həbs qoymuşdu.
Bu axşam isə Mehmet Akif Ersoy İstanbul Prokurorluğu tərəfindən narkotik istintaqı çərçivəsində daha dörd nəfərlə birlikdə saxlanılıb.
"Habertürk"ün veb saytında dərc olunan açıqlamada Ərsoyun "istintaqla əlaqədar vəzifəsindən kənarlaşdırıldığı" bildirilib.
Mehmet Akif Ersoy kimdir?
40 yaşlı Ərsoy İstanbul Universitetinin Kommunikasiya Fakültəsinin məzunudur.
2009-cu ildə "6 News" -da müxbir kimi fəaliyyətə başlayan jurnalist, 2010-cu ildə TRT TÜRK-ın Əddis-Əbəbə nümayəndəsi təyin edilib.
Ərsoy 2017-ci ildə "Habertürk" -ə qoşulub, əsas xəbər aparıcısı və bir neçə proqramın moderatoru olub.
2024-cü ildə Ərsoy "Habertürk TV" -nin baş yayım direktoru vəzifəsinə təyin edilib.
Stopnarkotik.az