Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsinin “ən böyük bədbəxtliyinin” Avropaya səfər etməsi deyil, Baş prokurorun FSB agenti çıxması olduğunu deyib.
Stopnarkotik.az xəbər verir ki, Salome Zurabişvili bu barədə QHT nümayəndələri ilə görüşündə bildirib.
Dövlət başçısı sabiq Baş prokuror Otar Partsxaladzenin işi ilə əlaqədar aidiyyəti qurumların araşdırmalara başlamasını tələb edib.
“Kaxa (Kaladze) mənim Avropaya səfərimin ən böyük bədbəxtlik olduğunu dedi. Xeyr, cənab Kaxa, ən böyük bədbəxtlik ölkənin Baş prokurorunun FSB və ya KQB agenti çıxmasıdır”, - Zurabişvili qeyd edib.
Prezident Gürcüstanın aidiyyəti qurumlarının məsələni araşdırmamasını bundan daha böyük bədbəxtlik olduğunu əlavə edib və ictimaiyyətə detallı məlumat verilməsini tələb edib.