Gürcüstan həbsxanalarında 101 Azərbaycan vətəndaşı saxlanılır.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin cari ilin iyun ayına olan göstəricilərə əsasən təqdim etdiyi hesabatında bildirilib. Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 12-si qadın, 89-u isə kişidir.
Həbsdə olanlardan Azərbaycan vətəndaşlarından biri həddi buluğa çatmayan oğlandır. Məlumata görə, həbsdə olan Azərbaycan vətəndaşlarından 19-na qarşı ittiham irəli sürülüb, 82-si barəsində isə hökm oxunub.
Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 51 nəfər təşkil edib. Onlardan 21-i Tbilisidə, 16-sı Kvemo-Kartlidə (Borçalı), 3-ü Kaxeti, 11-i isə Acarıstan-Quriya bölgəsindədir.
Gürcüstan həbsxanalarında hazırda 46 İran, 25 Ermənistan, 112 Rusiya, 192 Türkiyə və 42 Ukrayna vətəndaşı olmaqla ümumilikdə 729 əcnəbi saxlanılır.